Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

1-4 avqust 2023-cü il  tarixlərində Bakıda Özbəkistan mədəniyyət günləri keçiriləcək

31.07.2023

1-4 avqust 2023-cü il  tarixlərində Bakıda Özbəkistan mədəniyyət günləri keçiriləcək.

Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Dörd gün davam edəcək tədbirlər çərçivəsində  məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcək.

#Azərbaycan #Özbəkistan #mədəniyyət #incəsənət

 

 

36.8 KB